Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makrona bir qərbə də Almaniyanın müdafiə nazirindən -ÖZƏL

Makrona bir qərbə də Almaniyanın müdafiə nazirindən


Almaniyanın müdafiə naziri Boris Pistorius Fransa prezidenti Emmanuel Makronun ABŞ-ı tənqid etməsini kəskin şəkildə pisləyib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, alman naziri Fransa prezidentini uğursuz gedişlərdə ittiham edib.

Boris Pistorius Almaniyanın ZDF telekanalına müsahibəsində Makronun bəyanatlarının əksinə olaraq, Avropadan olan müttəfiqləri ilə ABŞ arasında beynəlxalq təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığı vacib sayıb.

Pistorius ittifaqa zərər verə biləcək açıqlamalara qarşı xəbərdarlıq edərək, "Mən bu açıqlamaları uğursuz hesab edirəm, amma Yelisey sarayının da müəyyən qədər özünü düzəldəcəyini düşünürəm" deyə vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti "ABŞ Avropa İttifaqını Tayvanla bağlı hər hansı münaqişəyə cəlb etməkdən çəkinməlidir" deyə Vaşinqtona xəbərdarlıq etmişdi.

Mehman
Xəbəri paylaş