12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonundakı 28 May qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyin binasında seçicilərlə görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüşə gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar qəsəbədə tikilmış fərdi evlərin sənədləşdirilməsini, yararsız vəziyyətdə olan kanalizasiya borularının yeniləri ilə əvəz edilməsini, Dostluq küçəsində kanalizasiya və su xəttinin sıradan çıxması nətıcəsində çirkab suların icməli suya qarışmasına, aylarla böyük su itkisinə yol verilsə də Abşeron Su kanal İdarəsi tərəfindən heç bir tədbir görülmədiyini, 1984-cü ildə 274 nömrəli tam orta məktəbin yaninda qurulmuş trasformatorun (Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi) normdan artıq yükləndiyindən elektrik enerjisi ötürə bilmədiyinə görə qəsəbənin ərazisində yeni transformator qurulması zərurətini, “Azərsu“ ASC-nin (indiki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) işçiləri tərəfindən su borularının təmiri zamanı bəzi küçələrdə yararsız hala salınmış asfalt örtüyünün bağlanmış müqaviləyə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenilənməsini, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının başa çatdırılmasını və s. problemləri vətəndaşlıq mövqeyindən bildiriblər. Eyni zamanda, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə ediblər, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.
Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi rayon icra hakimiyyəti başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov iştirak ediblər.
Belə qəbulların mahiyyəti deputat – seçici münasibətlərinin daha da yaxşılaşdırılmasını təmin edir.
Anar