"DroneX" komandası bu il hazırladığı "MÜBARİZ" Silahlı Pilotsuz Uçuş Aparatı ilə "Teknofest Türkiyə 2023" Beynəlxalq Pilotsuz Uçuş Aparatları yarışmasının finalçıları arasındadır.
Newscenter.az xəbər verir ki, bu barədə "Palmali Holding" məlumat yayıb. Bildirilib ki, “MÜBARİZ” Silahlı PUA süni intellektin köməyi ilə düşmənin İnsansız Hava Vasitələrini (İHV) aşkar edir, izləyir və məhv edir. Bunun üçün aparatın alt hissəsində 0,68 kalibr sursat məhsulu olan silah yerləşdirilib. Bundan başqa PUA-nın tam avtonom rejimdə süni intellekt ilə işləyən izləmə və hədəfləmə sistemi, bilinən təhdidlərə dərhal müdaxilə, uzaq məsafəli görüntü transferi, kommunikasiya sistemi, gimballı avtomatik atış sistemi və operator tərəfindən idarə olunan çox qatlı atəşləmə tədbiri kimi özünəməxsus xüsusiyyətləri var.
25-29 aprel tarixlərində baş tutacaq "Teknofest 2023" yarışmasında "DroneX" komandasına uğurlar arzulayırıq.
Xatırladaq ki, “DroneX” komandası 2022-ci ilin 9-14 avqust tarixləri arasında Kütahyada baş tutmuş "Teknofest" və Tübitak qürumları tərəfindən təşkil olunmuş “Uluslararası Serbest Görev İHA” yarışması kateqoriyasında 96 komanda arasından yarışmanı 3-cü olaraq bitirmişdir. Samsunda olan “Teknofest Karadeniz” festivalında bu uğurlara əsasən, Selçuk Bayraktar, "Tübitak" prezidenti Hasan Mandal və bir çox qurumları təmsil edən dövlət adamları "DroneX" komandasının üzvlərini bürünc medalla təltif etmişdirlər.
Azərbaycanlı tələbələrdən ibarət “DroneX” komandasından layihələrinin uğurlu davamını gözləyirik.
Anar