Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Qazaxıstan səfərinin iqtisadi faydaları özünü tezliklə göstərəcək -ÖZƏL

Prezidentin Qazaxıstan səfərinin iqtisadi faydaları özünü tezliklə göstərəcək


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfərinin iqtisadi faydaları kifayət qədər böyükdür. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda qlobal miqyasda yaşanan taxıl böhranının Azərbaycana təsirlərini minimuma endirmək baxımından bu səfər olduqca əhəmiyyətlidir".

Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter-az-a bildirilib ki, getdikcə şiddətlənən Rusiya-Ukrayna müharibəsi və Türkiyədəki seçkilər taxıl dəhlizinin növbəti aylarda səmərəli işləməməsi və bu səbəbdən taxıl böhranının ciddi xarakter alması gözləniləndir:

"Belə bir vəziyyətdə Azərbaycan rəhbərliyinin atdığı addım və Qazaxıstana həyata keçirilən səfər kifayət qədər əhəmiyyətli sayıla bilər".

Mərkəzdən bildirilib ki, tezliklə bu səfərin iqtisadi baxımdan faydaları özünü göstərəcək.

Natiq
Xəbəri paylaş