“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son günlərdə 3 ölkəyə etdiyi səfərlərin iqtisadi baxımdan ölkəmiz üçün faydaları kifayət qədər böyük olacaq”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, dövlət başçısının Tacikistan, Qazaxıstan, eləcə də Bosniya və Herseqovinaya səfərləri iş adamlarımız üçün əlavə fürsətlər yaradacaq:
“Hər üç ölkə xarici investisiyaların cəlb edilməsində maraqlıdır. Azərbaycan da öz növbəsində xarici investisiyanı ölkəyə cəlb etməklə yanaşı, iş adamlarımızın ayrı-ayrı ölkələrə investisiya yatırmasından yanadır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçlə görüşdə Azərbaycanın bu ölkəyə investisiya qoymaqda maraqlı olduğunu vurğulayıb”.
Analtik Qrup hesab edir ki, bu kimi səfərlər eyni zamanda xarici sərmayədarların, investorların Qarabağda həyata keçirilən quruculuq-abadlıq işlərinə cəlb edilməsi baxımından da əhəmiyyətlidir.
Mehman