Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədrindən Beynəlxalq Qızıl Xaç Komitəsinə sərt tənqid -ÖZƏL

QHT sədrindən Beynəlxalq Qızıl Xaç Komitəsinə sərt tənqid


“Təəssüflər olsun ki, beynəlxalq insan haqları təşkilatları, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsi bütün məsələlərdə olduğu kimi əsir və itkin düşmüş şəxslərlə bağlı məsələdə də ikili standart nümayiş etdirir, öz missiyaları bir kənara qoyub yalnız erməni maraqlarına xidmət edən addımlar atır, hərəkətlər edirlər. Əks təqdirdə bir neçə gündür yolu azaraq Ermənistan tərəfinə keçən iki Azərbaycan hərbiçisinin taleyinə biganəlik nümayiş etdirilməz, onların fiziki işgəncələrə məruz qalmasına göz yumulmazdır”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, torpaqlarımızı işğal edib ərazilərimizi talayan erməni hərbiçilərini Qarabağdan qovub çıxardanda hay-həşir qoparan, insan haqlarını gözə soxan beynəlxalq qurumlar nədənsə Ermənistanda Azərbaycan hərbiçisinin işgəncəyə məruz qaldığını görməməzlikdən gəlirlər:

“Halbuki Azərbaycan hərbiçisi erməni hərbiçisindən fərqli olaraq dumanlı hava şəraitində yolu azaraq Ermənistana keçib. Köməksiz vəziyyətdə olan bir əsgərə qarşı vəhşilik törətmək, ona işgəncə vermək heç bir insanlığa sığmır. Nə üçün beynəlxalq insan haqları təşkilatları ermənilərin bu vəhşiliyini görməməzlikdən gəlirlər?”.

Arzuman Muradlı Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) də kəskin tənqid edib:

“Necə olur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi gün ərzində onlarla ermənini Xankəndindən Ermənistana, yaxud əks istiqamətə daşıya bilir, ancaq neçə gündür ki, Ermənistana azıb keçən iki hərbiçimizin taleyi ilə maraqlanmaq istəmir? Bu hansı insanlığa, hansı humanitar missiyaya uyğun gəlir? Yoxsa BQXK hesab edir ki, onların missiyası yalnız erməni axçiləri Xankəndi, yaxud oradan da Ermənistana daşımaqdan ibarətdir? Bu qədər də riyakarlıq, ikiüzlülük olmaz”.

Mehman
Xəbəri paylaş