Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir -ÖZƏL

Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir


İranın casus şəbəkəsi və dini zəmində ölkədə qarşıdurma yaratmaq istəyən radikal dini qruplaşmalara qarşı həyata keçirilən tədbirlər bir sıra acı reallıqları ortaya çıxardı. Məlum oldu ki, xarici dairələrdən idarə olunan radikal dini qruplaşmalar nəinki yeniyetmə gəncləri, hətta məktəb yaşlı uşaqları da öz təsir dairələrinə salaraq onlardan gələcək planları üçün istifadə etməyi hədəfləyiblər. Təəssüfedici məqam ondan ibarətdir ki, valideynlər də gələcəyimizi gözləyən bu təhlükəyə göz yumur və azyaşlı uşaqlarını həmin dini tədris qruplarına yönləndirirlər. Bəs görəsən, azyaşlı uşaqların bu cür qruplara yönləndirilməsi, onların dünyagörüşünüə həmin qruplarda yad təsirlərin olması nə dərəcədə normaldır?

Hüquqşünas Əli İbrahimov Newscenter.az-a bildirib ki, "Dini etiqad azadlığı haqqında” qanuna əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir. Onun sözlərinə görə, bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər:

"Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır".

Mehman
Xəbəri paylaş