Bundan sonra Ankara və İstanbul arasındakı məsafəni 89 dəqiqəyə qət etmək mümkün olacaq. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.
Nazir bildirib ki, 14 may seçkilərindən sonra Ankara ilə İstanbul arasında sürətli qatar xətti layihəsinə başlanılacaq:
"Qatar saatda 350 kilometr sürətlə hərəkət edəcək. Nəticədə Ankara və İstanbul arasındakı məsafəni 89 dəqiqəyə qət etmək mümkün olacaq".
Karaismailoğlu, bütün nəqliyyat növlərində olduğu kimi dəmir yollarında da təkcə bu günü deyil, gələcəyi də planlaşdırdıqlarını ifadə edib.
Son 20 ildə AK Partiya hökumətləri dövründə dəmir yolu investisiyalarına diqqət ayırdıqlarını vurğulayan Karaismailoğlu, "Dəmir yolları həyatımızın bir parçasıdır. Məqsədimiz onu inkişaf etdirmək, sürətli qatarların rahatlığını Türkiyənin hər yerinə yaymaq və dəmir yollarında Türkiyədə yeni bir dövr başlatmaqdır" deyə vurğulayıb.
Mehman