Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı sülhə xidmət etmir

Avropa İttifaqı sülhə xidmət etmir


Ermənistanın son günlərdə yeni təxribatlara əl atması, əsgərlərimzi şəhid etməsi bölgəyə çağırılmamış qonaq kimi yerləşmiş Avropa İttifaqının missiyasının gözləri qarşısında baş verməkdədir. Bölgəyə sülh və sabitliyə töhfə vermək, o cümlədən delimitasiya və demarkasiya prosesində iki ölkə arasında etimadın yaradılmasını təmin etmək məqsədilə gəlmiş Aİ missiyası əslində Ermənistanı yeni provakasiyalara təhrik etmək üçün fəaliyyət göstərməkdədir.

Missiya fevralın 20-də bölgəyə gəldiyi ilk gündən Ermənistana “qol-qanad” verib, haylar Avropalı patrul dəstəsinin “xidmətindən” ürəklənərək sinxron şəkildə Azərbaycan ərazilərini atəşə tutmaqdadır. Fevralın 21-22-də Tovuz və Naxçıvanın ərazisində yerləşən Azərbaycan Ordusunun mövqeləri aramsız atəşə tutulub. Bu aramsız davam edən 2 günlük təxribat Aİ missiyasının düz gözünün qarşısında baş verib. Nəticədə Ermənistanı Azərbaycanla sərhəddə yeni təxribatlara həvəsləndirib, rəvac verib, bunun nəticəsidir ki, aprelin 11-12-də isə növbəti erməni təxribatları da 50-dən artıq Aİ-nin patrul xidmətinin yaxınlığında törədilib. Bu laqeydlik, “görməməzlik” erməni silahlı qruplaşmalarının təkcə sərhəd zonalarında deyil, Qarabağ və Şərqi-Zəngəzurda yeni aqressiya və təxribatlara sövq edir. Bu da aydındır, çünki Fransa və digər Aİ gücləri rusların Aİ sülhməramlıları ilə əvəz olunmasına çalışır. Aİ missiyasının bölgəyə gəlişindən sonra Paşinyanın açıq şəkildə anti-rus mövqeyini nümayiş etdirməsi, erməni səmiyyətində Rusiya qarşı əhval-ruhiyyənin qızışdırılması, sülh danışıqlarının pozulması və revanşa çağırış meyillərinin güclənməsi təsadüfi deyil.

Aİ missiyasının Ermənistana gəlişindən sonra rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməsi, danışıqlar prosesini mümkün qədər uzatması, aqressiv revanşçı davranışlar sərgiləməsinin arxasında Fransanın və digər qütblərin dayanması istisna deyil. Məqsəd bölgədə gərginliyi artırmaq, Rusiya "sülhməramlıları"nın yarıtmazlığı fonunda Avropa İttifaqının bölgəyə gəlişinə nail olmaqdır.

Aİ bölgədə sülhə deyil, başqa məqsədlərə xidmət etsə nəticədə Minsk qrupunun taleyini yaşayacaq.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş