Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan arasında keçirilməsi gözlənilən görüş nəticə baxımından əhəmiyyətli olmayacaq -ÖZƏL

Azərbaycan və Ermənistan arasında keçirilməsi gözlənilən görüş nəticə baxımından əhəmiyyətli olmayacaq


"Azərbaycan və Ermənistan arasında yaranan növbəti gərginlikdən sonra tərəflərin Qərbin vasitəçiliyi ilə görüş keçirməsinin mümkün olmayacağı anlamına gəlmir. Keçirilən görüşlərin hamısı indiyə kimi bu cür gərginliklər fonunda baş tutub. Burada məsələ görüşün sadəcə görüş xatirinə olması məsələsidir".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Ermənistan belə görüşlərdən gələcək gərginliklərdən qaçmaq məqsədi ilə istifadə edibsə, Azərbaycan tezliklə sülh müqaviləsi imzalamaqla regionda stabilliyə nail olmaq məqsədi ilə gedib:

"Amma görünən odur ki, Azərbaycanın səyləri hələlik bir nəticə vermir. Tarix eynilə təkrar olunur"..

Azər Qasımovun qənaətincə, Qərbin və ya Rusiyanın vasitəçiliyi ilə keçirilməsi gözlənilən görüş nəticə baxımından əhəmiyyətli olmayacaq:

"Çünki tərəflərin sülh anlayışları arasında fərq çoxdur. Buna mane olan faktorlar da çoxdur. Odur ki, görüş keçiriləcək olacaqsa da, nəticə verməsi üçün hələ zamana ehtiyac vardır".

Mehman
Xəbəri paylaş