Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə səfər edib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə prezidenti bu dəfə Diyarbıkirdə olub, burada zəlzələ qurbanları üçün yeni evlərin tikintisinin təməlqoyma mərasimində iştirak edib.
Təməlqoyma mərasimində çıxış edən Rəcəb Tayyib Ərdoğan 14 mayda keçiriləcək prezident və parlament seçkilərinə də toxunub. O qeyd edib ki, hazırda yeni bir dövrün astanasındayıq:
"Biz respublikamızın birinci əsrini geridə qoyuruq. Biz ötən 21 ildə demokratiyanın iştirakı ilə bu dövrün çatışmazlıqlarını tamamladıq. Türkiyə Yüzilinə başlayırıq".
Türkiyə prezidenti çıxışının sonunda "14 mayda yeni bir milli iradə dastanı yazacağıq" deyə vurğulayıb.
Mehman