Qardaş Türkiyədəki prezident seçkiləri gününə təxmini, bir ay zaman qalmış. Türkiyədən əlavə dünyanın bir çox yerlərində, xüsusən də, başqa türkdilli ölkələrin siyasi-ictimai çevrələrində bu hadisəyə diqqət çoxdur. Kimin seçilməsilə bağlı sərt müzakirələr gedir, eləcə də, Azərbaycanda.
Və bir qədər təəccüblü gəlir ki, bu seçkilərdəki namizədlərə münasibətdə bizim Azərbaycanın xüsusən də, sosial şəbəkələrdəki ictimai-siyasi mühitində Təyyub Ərdoğanın seçilməsinə qarşı çıxanlar gözlənildiyindən artıq görünür. Bu isə, istər-istəməz, daxilən "müzakirəli" sual yaradır.
Biz, T. Ərdoğanın seçilməsini niyə istəməyək ki? Türkiyə Prezidenti vəzifısində olduğu son 5 illik müddətdə Ərdoğan bizim Azərbaycanın hansı mühüm məsələsində dəstək verməyib? Dövlət suverenliyindəmi, apardığı ağır müharibədəmi, beynəlxalq problemlərindəmi, ən çətin anlarda xalqımıza mənəvi dəstəkdəmi? Nə tez yaddan çıxardırıq, 44 gün müharibə dövrü, Ərdoğanın erməni havadarları Rusiya və İran qarşısındakı mərd qardaş dirənişini? Göndərdiyi, dilimizdən düşməyən, "Bayraqdar!" sözünü. Savaş dövrü dəfələrlə dediyi "Türkiyə qardaş Azərbaycanın yanındadır, savaşdan sonra isə: "Arazı ayırdılar, qum ilə doyurdular" mənıvi dəstəklərini və sair. Qardaş-qardaşa nə etməlidir ki, onu etmədi T. Ərdoğan? Hansı pisliyi keçdi istəməmək üçün?
İnsanlıqdakı, ən yüksək insanı hisslərdən birisi MİNNƏTDARLIQ HİSSİDİR. Edilən yaxşılığa heç olmasa, əvəzini də verməsən, quruca bir sağol demək, mənəvi də olsa, özünü borclu duymaq. Bu ali hissdən məhrum nankor insan demək ki, mənimsəmə təbiətlidir. Başqa birilərinin əməyi, zəhmətini, enerjisini, pulu-malı-mülkünü, tam həyatını, gələcəyini belə mənimsəmə də, onlar üçün adi bir şeydir. Sanki, belə də olmalıdır bu. Belə fərdlər, cəmiyyətlərin sonu acınacaqlı olur.
Türkiyə, minillik təcrübə sistemili, tarixli, böyük dövlətdir, xalqı da tam formalaşmış toplumdur. Bu xalq kənardan müdaxiləyə, dəstəyə ehtiyac olmadan, özü-öz seçimini etmə qüdrətindədir. Bizim də bu seçkidə Ərdoğana dəstəyimiz yox, mənəvi arzu, istəyimiz yönələr. Niyə etməyək?!
Və kimlərsə bu "istəməməyini" Türkiyə xalqının "dərdinə yanır" adı ilə izah edirsə, süni görünür. Necə, Ərdoğana əks-münasibətin xeylisi xarici antitürk, antiazərbaycan təsirli, əsaslı görünür!
P. S.
Və "biz" deyəndə, sual zatən, Azərbaycan xalqı çoxluğuna deyil. Bu çoxluq "elin gözü tərəzidir" məntiqi, minnətdarlığı ilə, Ərdoğana dəstək və istək aydınındadır. Sual bəzi soydaşlarımıza idi. Təbii ki, dəstək, arzi, istək bildirmək də hər kəs üçün azad şəxsi seçimdir. Eləcə də, sual etmək.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri