Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan dövləti və cəmiyyəti hümanizm, insan haqları kimi təməl prinsiplərdən uzaq düşmüş bir toplumdur -ÖZƏL

Ermənistan dövləti və cəmiyyəti hümanizm, insan haqları kimi təməl prinsiplərdən uzaq düşmüş bir toplumdur


Naxçıvan Muxtar Respublikanın Şahbuz rayonunun ərazisində iki hərbi qulluqçumuz Hüseyn Axundov və Aqşin Bəbirov əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq hərəkət istiqamətini itirərək Ermənistan ərazisinə keçib və düşmən tərəfindən əsir götürülüb. Həmin hərbi qulluqçulardan əsgər Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyülməsi, əlləri bağlı şəkildə işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair video görüntülər yayılıb.

Newscenter.az-a sözügedən hadisə və yayılan görüntülərlə bağlı fikirlərini bildirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, əsir düşmüs şəxslərə işgəncə verilməsi cinayət tərkibi yaradır:

Ermənistan dövləti və cəmiyyəti hümanizm, insan haqları kimi təməl prinsiplərdən uzaq düşmüş bir toplumdur. Rəsmi İrəvan hərbi əsirə işgəncə verməklə üzv olduğu quru əməliyyatlarının qanunları haqqında IV Haqqa konvensiyası və Cenevrə Konvensiyanın hərbi əsirlərlə bağlı müəyyən etdiyi rəftar rejimini kobud şəkildə pozur. Həmin konvensiyalarda açıq şəkildə qeyd olunur ki, insan həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə və s;

b) girov götürmə;
c) insan ləyaqətinə qarşı hücum, xüsusilə təhqiramiz və alçaldıcı davranış;
d) sivil millətlər tərəfindən tanınan və zəmanət verilən məhkəmənin qüvvəyə minən qərarı olmadan kimisə məhkum etmək və ona cəzanı tətbiq etmək qadağandır".

AVP rəsmisi onu da deyib ki, baş verən proseslər, əsgərimizin işgəncəyə məruz qalmasına Beynəlxalq Qızıl Xaç komitəsinin yanaşması, bununla bağlı hər hansı bir mövqe nümayiş etdirməməsi məlum qurumun ikili standartlardan çıxış etməsinin bariz nümunəsidir:

"Çünki Qızıl Xaç komitəsi Xankəndi Laçın yolunda kifayət qədər aktivlik nümayiş etdirir, ermənilərin maraqlarına uyğun şəkildə addımlar atır və bunu beynəlxalq hüquqla əsaslandırır. Lakin mövzu Azərbaycan olduqda nədənsə heç bir hüqüq, hümanizm yada düşmür. Təbbi ki, biz dövlət və cəmiyyət olaraq hər daim bu kimi situasiyalarla, beynəlxalq təşkilatların ikili yanaşmaları ilə qarşılaşmışıq. Və əminik ki, ölkə rəhbəri, cənab İlham Əliyev qısa zaman ərzində hərbi qulluqçularımızı sağ- salamat ölkəmizə qaytarılmasını təmin edəcəkdir".

Amar
Xəbəri paylaş