Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kılıçdaroğlu 2500 nəfəri məhkəməyə verdi -ÖZƏL

Kılıçdaroğlu 2500 nəfəri məhkəməyə verdi


"Altılı masa"nın prezidentliyə namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 2500-dən çox şəxsi məhkəməyə verib. Newscenter.az bildirir ki, bu barədə trthaber məlumat yayıb.

Bildirilir ki, CHP sədri onun tənqid edənləri hədəfə alıb. Yaxın günlərdə Kılıçdaroğlunun vəkillərinin müvafiq hüquqi prosedurları işləyib məhkəmə orqanlarına təqdim edəcəyi qeyd olunur.

Qeyd edək ki, Kamal Kılıçdaroğlunun reklam videosunda isə onun hər kəs tərəfindən tənqid edilə biləcəyi, bununla bağlı heç bir məhkəməyə müraciət olunmayacağı vurğulanırdı. Reklam filmində CHP lideri “Sizə söz verirəm, Millət Birliyinin gücü altında məni sərbəst və qorxmadan tənqid edə biləcəksiniz. Tənqid etdiyiniz üçün sizə heç vaxt heç nə olmayacaq. Sizə söz verirəm ki, 85 milyon insanın prezidenti olacağam" deyın Kılıçdaroğlu prezident seçilmədən 2500 nəfəri məhkəməyə verir.

Mehman
Xəbəri paylaş