Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diplomatiya ilə yanaşı əlimiz tətikdə olmalıdır

Diplomatiya ilə yanaşı əlimiz tətikdə olmalıdır


"Rəsmi yarışlarda, xüsusilə Avropa çempionatında idmançıların və atributların təhlükəsizliyinin qorunması dövlətin vəzifəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli Ermənistanda keçirilən Avropa çempionatında Azərbaycan bayrağının yandırılması hadisəsinə münasibət bildirərkən səsləndirib. Partiya rəsmisi deyib ki. İrəvanda Azərbaycan bayrağına təcavüz Ermənistanın, erməni xalqının xislətinin xarablığından xəbər verir:

"Azərbaycan Nota verməli, ağıllı siyasət yeridərək bütun anlamlarda üstünlüyü ələ almalıdır. Diplomatiya ilə yanaşı əlimiz tətikdə cəsarətli olmalıdır. Alternativlər azalmaqdadır".

Anar
Xəbəri paylaş