"Ermənistan bütün beynəlxalq idman yarışlarından məhrum edilməlidir". Newscenter.az xəbər verir ki, bu fikirləri Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Ermənistanda keçirilən Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasına münasibət bildirərkən səsləndirib. Baş İdarə rəisi həmçinin onu da deyib ki, Ermənistan Olimpiya xartiyasına zidd hərəkətə görə cavab verməlidir:
"Eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsi, Ümümdünya Agir Atletika Federasiyası, Avropa Agır Atletika Federasiyası Ermənistanda ağır atletika üzrə Avropa Çempionatındaki biyabırcılığa, iştirakçı ölkənin - Azərbaycan Respublikasının Bayrağına edilən hörmətsizliyə, təhlükəsizlik öhdəliyini icra etmədiyinə, aidiyatı olmayan şəxsin akkredetasiya edilməsi və həmin şərəfsizin provokasiya etdiyinə görə sərt reaksiya verməlidir. Bu tələbdir".
NEWSCENTER.AZ