Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib


Müdafiə Sənayesi və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

Newscenter.az xəbər verir ki, müdafiə sənayesi naziri Mədət Quliyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazirliklərin rəsmiləri və əməkdaşları, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Sevinc
Xəbəri paylaş