Əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar Klinikası ilə birlikdə Binəqədi rayonunun Xocasən qəsəbəsində humanitar aksiya həyata keçirildi. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar Klinikasının peşəkar həkim heyəti Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün dövlətimiz tərəfindən inşa olunmuş mənzillərdə yaşayan sakinlərə tibbi xidmət göstərib.
Newscenter.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova müayinədən keçən sakinlərlə görüşərək onların hər birinə cansağlığı arzu edərək həkimlərə təşəkkürünü bildirdi. Ən müasir tibbi avadanlıqlarla təhciz olunmuş Mərkəzinin avtomobil Səyyar Klinikasında 125 nəfər rayon sakini yüksək səviyyədə göz müayinəsi və həkim konsultasiyası xidmətlərindən yararlanıb.
Rayon sakinləri şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını, keçirilən humanitar aksiya çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin peşəkar həkim komandasına təşəkkürlərini bildiriblər.
Anar