"İdmançılarımızın, ağırlıq qaldırma üzrə atletlərimizin İrəvanda keçirilən ağırlıq qaldırma üzrə Avropa çempionatına qatılmaları ən doğru addım hesab edilməlidir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazinin qənaətincə, məhz atletlerimizin orda olması, erməni millətçilərinin əsil simasını dünyaya göstərməsi üçün bir vasitə oldu:
"Erməni millətçiləri özlərini saxlaya bilmədi və Azərbaycan bayrağını dünyanın gözü önündə,həm də bir beynəlxalq turnirdə, hansı ki, ev sahibliyi edirlər, yandırdılar.Əslində isə onlar elə özlərini yandırdılar.Çünki, bu hərəkətdən dolayı nə qədər mədəniyyətsiz bir xalq olduqlarını hər kəs bir daha gördü. Hətta, Ermənistanın özündə belə bu hadisəni barbarlıq və haydut xislətindən hesab edənlər oldu. Əslində bizim atletlerimiz bizə ən böyük qələbəni gətirdi. Hansı ki, bu qələbə sırf Ermənistan üzərində baş verdi".
Mehman