"İrəvanda ağırlıq qaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının nümayişkaranə şəkildə yandırılması ermənilərin necə bir vəhşi millət olduğunun göstəricisidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputati Nəsib Məhəməliyev səsləndirib.
Deputat vurğulayıb ki, bütün dünya ictimaiyyətinin qarşısında, baş nazir Paşinyanın, erməni siyasi elitasının iştirak etdiyi tədbirdə bayrağımızın yandırılması və adekvat reaksiya verilməməsi sübut edir ki, vandallıq əvvəldən razılaşdırılmışdır:
"Özlərini ən qədim, mədəni xalq kimi sırıyan ermənilər, Azərbaycan xalqına olan nifrətlərini gizlədə bilmir. Ksenofobiyanın bu tayfanın qanında, genetik kodunda oturuşduğu, milli ideologiyasına çevrildiyi göz qabağındadır. Əlavə sübutlara ehtiyac yoxdur. Mən, Bakıda keçirilən Avropa Oyunları zamanı Prezident İlham Əliyevin erməni idmançısını mükafatlandıranda zalın reaksiyasını xatırladım. Cənab Prezident bir dəfə barmağını qaldırmaqla, milli kimliyindən asılı olmasına baxmayaraq, qonaq, qonaqdır və ona hörmətlə yanaşmaq lazımdır. Bizim mədəniyyətimiz budur. İki xalqın fərqi bundadır. (sonxeber.az)
Hesab edirəm ki, belə cılız hərəkətlərlə düşmən heç nəyə nail olmayacaqdır. Sadəcə, xalqlar arasında nifrət, düşmənçilik hissləri daha da alovlanacaq, gərginlik davam edəcəkdir. Ən çox əziyyət çəkən isə, ermənilər olacaq.Ermənistanın cəzalandırılması və bu ölkədə yarışların keçirilməməsi üçün beynəlxalq idman təşkilatları qarşısında məsələ qaldırılmalıdır".