Suriyada İŞİD terror qruplaşmasının silahlılarının hücumu nəticəsində azı 32 nəfər ölüb.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.
Hadisə Həma əyalətinin şərqindəki Salamiya rayonunda qeydə alınıb.
Terrorçuların qurbanları ticarətlə məşğul olan mülki şəxslər olub.