Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın əməkdar artisti Mübariz Mənsimovun qonağı olub

Azərbaycanın əməkdar artisti Mübariz Mənsimovun qonağı olub


Azərbaycanın əməkdar artisti, görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi Firuzə İbadova bugün "Palmali Holding" şirkətinin prezidenti, iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun qonağı olub.

Newscenter.az-ın xəbərinə görə, "Firuzə xanım əsl kişi xasiyyətli insandır" deyən Mənsimov xatırladıb ki, həbsdə olduğu müddətdə Firuzə xanım onu yalnız buraxmayıb, dəstək olmaq üçün bilet alıb İstanbula gəlib, saxlandığı həbsxananın qarşısında saxta ittihamlarla həbsinə etiraz səsini ucaldıb. Firuzə xanım Mübariz Mənsimovun işi ilə bağlı bütün məhkəmə proseslərində iştirak edib.

"Belə mərd, sədaqətli insandır, Firuzə xanım", - deyə "Palmali Holding" şirkətinin prezidenti vurğulayıb.

Əməkdar artist Firuzə İbadova isə deyib ki, Mübariz Mənsimov kimi mərd, cəsur, xeyirxah və vətənpərvər insanı müdafiə etmək, onunla çiyin-çiyinə dayanmaq hər bir azərbaycanlının borcudur.

"Mən adım kimi əmin idim ki, Mübariz Mənsimovun heç bir günahı yoxdur. Ola bilməz. Bu səbəbdən ən ağır anlarda onun yanında olmaq hər birimizin mənəvi borcu idi", - deyə Firuzə İbadova bildirib.

Anar
Xəbəri paylaş