Qarabağdakı seperatçı reimin müşaviri David Babayan iddia edib ki, Azərbaycanın türkmənləri, Yaxın Şərqdən olan insanları Şuşaya köçürdüyünə dair bir sıra məlumatlar var. Onun sözlərinə görə, Azərbaycan sonradan onları həm bizə, həm də İrana qarşı istifadə olunacaq aqressiv elementə çevirmək istəyir.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bilddirən hərbi ekspert deyib ki, yüz minlərlə Azərbaycan vətəndaşı doğma yurd yuvalarına qatırmaq üçün növbə gözlədiyi halda, Azərbaycan Yaxın Şərqdən olan insanları niyə Şuşaya və digər ərazlərə köçürsün?
"Yaxın Şərqdən ərazilərimizə əhali köçürmək demoqrafik problemlərə malik Ermənistanın prioritetlərindən idi. Burada David hansı məntiqə əsaslandığı kimsəyə məlum deyil. Özlərinin həyata keçirdikləri qanunsuz məskunlaşmanı bizim ayağımıza yazmaq istəyən D.Babayan ortaya bir nəfər Yaxın Şərqən Qarabağa köçürdüyümüz insasnın adını çəksin. Amma biz dəflərlə işğal dövründə Zabuxa köçürülən Yaxın Şərq ermənilərini ictimaiyyətə təqdim etmişik, onlardan müsahibə almışıq. Suriya və Livandan olan əsirləri məhkəməyə çıxarmışıq. Bəziləri hələ də Azərbaycan həbsxanalarında cəzasını çəkir".
Ədalət Verdiyev qeyd edib ki, David Babayan kimi faktları təhrif edən beyinsiz məmurlar tərəfindən idarə edildiyinə görə ermənilər hələ uzun müddət dünyada məğlub, saxtakar və biabır durumda qalmalı olacaqlar.
Anar