Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərəb mətbuatında Ermənistandakı əsir hərbçilərimizə işgəncə verilməsi ilə bağlı bəyanət dərc olunub

Ərəb mətbuatında Ermənistandakı əsir hərbçilərimizə işgəncə verilməsi ilə bağlı bəyanət dərc olunub


Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Suriya, Mərakeş, İraq, Sudan mətbuatında, Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi ilə bağlı, Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun, Ərəb Ölkələrində Azərbaycan icmasının adından bəyanəti yayılıb.

Newscenter.az Misir-Azərbaycan Dostluq Cəmiyyətinə istinadən bildirir ki, bəyanətdə, Azərbaycan ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşməsi səbəblərinə aydınlıq gətirilib və onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib.

Soydaşlarımızın Ermənistanın davranışını qətiyyətlə pislədikləri, Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyasını, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyaları üzrə öhdəliklərini yerinə yetirmədiyi nəzərə çatdırılıb.

Müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırması, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.

Mehman
Xəbəri paylaş