Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan bayraq olayına görə ən sərt şəkildə cəzalandırılmalı idi -ÖZƏL

Ermənistan bayraq olayına görə ən sərt şəkildə cəzalandırılmalı idi


“Ermənistanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çemiponatında Azərbaycan bayrağının yandırılması, bunun ardınca isə yarışların keçirildiyi idman zalında həm Azzərbaycan, həm də Türkiyə bayrağının çırılması bir daha onu deməyə əsas verir ki, ermənilərlə dinc yanaşı yaşamaq, normal qonşuluq münasibətləri qurmaq qeyri-mümkündür. Çünki bu ölkə hələ də öz vandal, vəhşi pirnsiplərindən əl çəkməyib”.

Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, baş vermiş hadisəyə görə, Ermənistan rəhbərliyinin üzr istəməməsi məlum hadisənin arxasında elə Paşinyan hakimiyyətinin durduğunu söyləməyə əsas verir:

“Təəssüflər olsun ki, bu olaya beynəlxalq təşkilatların, müvafiq idman federasiya və təşkilatlarının da münasibəti bizi qane edən səviyyədə olmadı. Bu boyda biabırçı olay qarşısında ancaq bəyanat verməklə kifayətlənməli oldular”.
Analitik Qrup hesab edir ki, əksinə Ermənistan bayraq olayına görə ən sərt şəkildə cəzalandırılmalı idi.

Mehman
Xəbəri paylaş