“Beynəlxalq hüquqa əsaslanaraq baş vermiş insidentə nəzər salsaq, əlbəttə Ermənistan məlum hadisədən dolayı məsuliyyət daşıyır və bu ölkə beynəlxalq turnirin keçirilməsinə dair üzərinə ciddi öhdəliklər götürüb. Amma, ortada dövlət bayrağı təhqir olunmuş turnir iştirakçısı bir dövlət və yaxud dövlətlər var. Ermənistan hökuməti turnirin tam olaraq təhlükəsizliyini təmin edə bilmədi və baş vermiş insidentlə bağlı ciddi tədbir belə görmək istəmir. Belə bir vəziyyətdə Ermənistanda hər hansı bir beynəlxalq idman tədbirinin keçirilməsi sual altına düşmüş olur.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, xüsusilə də ağırlıq qaldırma üzrə hər hansı beynəlxalq turnirin Ermənistanda keçirilməsi, Dünya Ağırlıq Qaldırma Təşkilatının norma və prinsiplərinə uyğun olaraq qadağan olunması lazımdır:
“Amma biz, sadəcə məzəmmət və tənqid bəyənatlarının şahidi olduq. Ola bilsin ki, Ermənistanda keçirilən Avropa çempionatının başa çatmasından sonra, bu ölkə ilə bağlı, belə tədbirlərin görülməsi istiqamətində ciddi sanksiyalar tətbiq olunsun”.
Anar