Laçında geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Dövlətlə yanaşı, fərdi şəxslər, əslən Laçından olan iş adamları da burada müxtəlif tipli layihələr həyata keçirirlər. Belə layihələrdən biri də “CamperPark Həkəri” layihəsidir.
Newscenter.az-ın xəbərinə görə, Sevara Group şirkətinin rəhbəri, laçınlı iş adamı Rəşad Quliyevin təşəbbüsü ilə Laçında, Həkəri çayı sahilində salınacaq “CamperPark Həkəri” turizm istirahət zonasının yaradılması istiqamətindı artıq ilkin addımlar atılıb. Rəşad Quliyev bildirib ki, Tiny House adlanan mobil qoşqu üzərində evlər artıq Laçına yerləşdirilib:
"“CamperPark Həkəri” layihəmiz hökümətdə o qədər maraq oyatdı ki, artıq standart tipli istirahət düşərgələrindən vaz keçilir. Həkəri çayı sahilində salınacaq karavan parkı layihəmiz çox geniş və əhatəli olduğuna görə ən tezi 2024-cü ilin sonuna yekunlaşdırmağı planlaşdırırıq. Nəzərə alsaq ki, gələn aydan etibarən artıq Laçına böyük qayıdış başlayır və o zamana qədər həm yerli, həm də xarici turistlər oraya səfər edəcək deyə dövlətimiz tərəfindən belə məkanların təşkilini yüksək qiymətləndirir və Laçının inkişafı, dünyada tanınması üçün çiyin-çiyinə əlimizdən gələni edəcəyik".
Anar