"Təəssüflər olsun ki, siyasi məsələlərdə olduğu kimi, idmanda da ikili standartların şahidi olduq".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Ermənistanda keçirilən Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasına verilən beynəlxalq reaksiyaya münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, müvafiq beynəlxalq təşkilatlar, dünya və Avropa idman federasiyalarından daha sərt mövqe gözləyirdik:
"Ancaq təəssülər olsun ki, yalnız bəyanat verməklə işlərini bitmiş hesab etdilər. Bu da bir daha dünyada ikili standartların mövcud olduğunu, erməni təəssübkeşliyinin idman yarışlarında belə özünü büruzə verdiyini göstərir".
Arzuman Muradlı qeyd edib ki, əksinə Ermənistana qarşı ən sərt tədbir görülməli, bu ölkənin bundan sonra hər hansı bir beynəlxalq tədbirə evsahiblik etmək hüququ, istəyi qəbul edilməməlidir:
"İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı da sübut etdi ki, Ermənistan hər hansı bir beynəlxalq tədbirə, idman yarışlarına təşkilatçılıq etmək, onu problemsiz şəkildə reallaşdırmaq iqtidarında deyil. Bu səbəbdən hesab edirəm ki, Ermənistana bir daha belə bir şans verilməməlidir".
Mehman