Slovakiya Ukraynaya daha 9 ədəd MiQ-29 döyüş təyyarəsi göndərib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu barədə açıqlamanı Slovakiyanın müdafiə naziri Yaroslav Nad verib.
Nazir bildirib ki, bununla da Ukraynaya vəd edilən 13 MiQ-29 qırıcı təyyarəsinin hamısı Kiyevə təhvil verilib. Yaroslav Nad ölkəsinin bundan sonra da Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, Slovakiya ilk partiyanı təşkil edən 4 ədəd MiQ-29 təyyarəsini ötən ilin mart ayında Kiyevə təhvil verib. Qalan 9 ədəd MiQ-29 döyüş təyyarəsinin də Ukraynaya təhvil verilməsi ilı proses başa çatıb. İlk 4 təyyarə Ukrayna pilotları tərəfindən ölkəyə göndərildiyi halda, digər təyyarələr isə quru yolu ilə Ukraynaya çatdırılıb.
Mehman