23 Aprel Milli Suverenlik və Uşaq Bayramı, eləcə də Türkiyə Böyük Millət Məclisinin 103-cü açılış ili münasibətilə Türkiyə parlamenti toplanacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ilk olaraq Türkiyə Böyük Millət Məclisindəki Atatürk abidəsində mərasim olacaq. TBMM sədri Mustafa Şentop abidə önünə əklil qoyacaq, Atatürkün ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Ardınca isə İstiqlal Marşı oxunacaq.
Şentopun başçılıq etdiyi nümayəndə heyəti daha sonra Anıtkabiri ziyarət edəcək.
Bayram tədbirləri çərçivəsində Milli Təhsil Nazirliyi, Ankara Universiteti Uşaq Elm Mərkəzi və TÜBİTAK ilə əməkdaşlıq çərçivəsində TBMM-də “Məclis bağçası uşaq bağçası və elm şənliyi” tədbiri keçiriləcək. Tədbir aprelin 23-26-da davam edəcək. Türkiyə Böyük Millət Məclisinin bağçasında müxtəlif mövzularda elm stendləri açılacaq, uşaq meydançaları qurulacaq. Tədbirlərdə təxminən 1000 uşağın iştirakı planlaşdırılır.
Mehman