Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə 64 milyon 113 min 941 seçici səs verəcək -ÖZƏL

Türkiyədə 64 milyon 113 min 941 seçici səs verəcək


14 may, 2023-cü il tarixdə Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində 64 milyon 113 min 941 seçici səs verəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyə Yüksək Seçki Qurumunun (YSK) sədri Ahmet Yener deyib.

"Ölkə üzrə seçicilərimizin sayı 60 milyon 697 min 843 nəfərdir ki, bunun da 30 milyon 710 min 790-ı, yəni 50,6 faizi qadın seçicilərdir. 29 milyon 987 min 53 kişi seçicimiz var. Yəni ölkə üzrə seçicilərimizin 49,4 faizi kişi seçicilərdir".

Ahmet Yener deyib ki, ilk dəfə səs verəcək seçicilərin sayı 4 milyon 904 min 672 nəfərdir.

"421 dairədə daşınan seçki qutuları yaradılacaq və daşınan seçki qutularında səs verəcək seçicilərin ümumi sayı 6 min 215 nəfərdir. Bundan başqa, həbsdə olan və məhkum olunan seçicilərimizin sayı 53172 nəfərdir. Gömrükdə isə 4671 seçki qutusu qurulub".

Mehman
Xəbəri paylaş