"Ermənistanın İrəvanda keçirilən beynəlxalq idman yarışında etdiyi hərəkət heç bir beynəlxalq normaya sığmır. Buna rəğmən dünya ictimaiyyətindən və beynəlxalq idman təşkilatlarından hələ ki, ciddi bir təpki müşahidə edilmədi. Əgər Azərbaycanda bu hadisə baş versəydi və erməni idmançılar Bakını tərk etməli olsaydı, dünya erməniləri və Ermənistan dünyadan bu yarışların boykot olunmasını tələb edərdi".
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, baxmayaraq bu hadisədə Ermənistan tam haqsız tərəfdir, ancaq çalışacaqlar ki, məlum olayda Azərbaycanı borclu çıxarsınlar:
"Ona görə biz dünyada bunu geniş təbliğ etməliyik ki, beynəlxalq təşkilatlar və idman qurumları Ermənistanı bu məsələdə ciddi qınasınlar. Çünki bu cür məsələlər nifrət hissini daha da artırır və Azərbaycanın sülh gündəliyini pozmağa yönəlib. Bu məsələni beynəlxalq təşkilatların gündəliyində saxlamalıyıq".
Anar