Çinin paytaxtı Pekində xəstəxana binasında yanğın hadisəsi olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, binanın xəstə qəbul bölməsində baş verən yanğında ilkin məlumata görə 21 nəfər yanaraq ölüb.
Pekin Changfing xəstəxanasında baş verən yanğın zamanı çoxlu sayda xəstə də yanıq xəsarətləri alıb. Bir çox xəstələr isə yanğından xilas olmaq üçün özünü binadan yerə atıb. Əraziyə cəlb edilən xilasedicilər 71 xəstəni binadan təxliyə edib.
Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalar davam edir.
Mehman