700 milyon işıq ili uzaqlıqda iki qalaktikanın toqquşması hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Amerika Aerokosmik Agentliyi NASA bu barədə məlumat yayıb. Qalaktikaların bir-biri ilə toqquşması NASA-nın Ceyms Uebb teleskopu vasitəsilə müşahidə edilib.
Toqquşmanın təsiri o qədər güclü olub ki, infraqırmızı işıq yaranıb. Nəticədə ARP220 adlı qalaktikalar qrupu meydana gəlib.
Mehman