Avropa Birliyi Polis Təşkilatı (Europol) koordinasiyasında İspaniya və Portuqaliya təhlükəsizlik bölmələri tərəfindən aparılan bir illik araşdırma nəticəsində Afrikadan Avropaya narkotik ticarəti həyata keçirən şəbəkəyə aid 50 nəfər saxlanılıb.
Newscenter.az-ın trthaber-ə istinadən verdiyi məlumata görə. əməliyyat nəticəsində 2 ton narkotik maddə və narkotik istehsalında istifadə edilən 5 ton narkotik vasitə ələ keçirilib.
Açıqlamada İspaniyanın Cəbəllütariq və Huelva bölgələrində fəaliyyət göstərən şəbəkənin müntəzəm olaraq qayıqlarla daşınan narkotikləri Afrika və Cənubi Amerika, xüsusilə Pireney yarımadası üzərindən Avropaya daşıdığı bildirilib. Beynəlxalq narkotik şəbəkəsinə qarşı həyata keçirilən əməliyyata İngiltərə və Fransadakı təhlükəsizlik bölmələri də dəstək verib.
Mehman