Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Molla rejiminin 15 aprel yalanı: Qüdsün yolu Kərbəladan Bakıya necə keçdi?

Molla rejiminin 15 aprel yalanı: Qüdsün yolu Kərbəladan Bakıya necə keçdi?


Son günlər İran rejimi Azərbaycanla gərginliyin azalmasına dair təəssürat yaratmağa çalışır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında baş tutan 3 telefon danışığı da bunu deməyə əsas verir.

Abdullahian azərbaycanlı həmkarı ilə telefon danışıqlarını ümumi olaraq iki ölkə arasında gərginliyi azaltmağa yönəlik müsbət hadisə adlandırıb. Aydın məsələdir ki, İran Azərbaycanı hədə-qorxu və ya təhdid ritorikası ilə qorxuda bilmədiyini anlayır və buna görə də gərginliyi azaltmaq üçün təmaslar qurur.

Tehranın geri addım atmasının başqa səbəbi də şübhəsiz Bakı ilə gərginlik fonunda Güney Azərbaycanda artan narazılıq, Azərbaycan-İsrail yaxınlaşması və regionun iki aparıcı gücü Türkiyə və Rusiyanın İrana soyuq münasibətidir.

İran-Azərbaycan gərginliyi fonunda ABŞ-ın da Azərbaycanla təmaslar qurması Tehranı narahat edir. İran Azərbaycanla gərginliyi siyasi və diplomatik müstəvidə azaltmağa çalışsa da bu sadəcə gözdən pərdə asmaqdır. Bunu aprelin 15-də İranda hökumətin təşkil etdiyi “Qüds günü” aksiyaları fonunda da görmək olar.

Məsələ ondadır ki, aksiya zamanı Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb. “Qüdsə gedən yol Bakıdan keçir” məzmunlu plakatlar isə xüsusi diqqət çəkir. Maraqlıdır ki, bu İranın keçmiş ali dini lideri Ruhullah Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır.

Aydın məsələdir ki, Xomeyni bu şüarla İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi. Eyni məntiqlə yanaşsaq, şüardan çıxan məna İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə Bakı alınmalıdır.

Əslində molla rejimi bütün bu əməlləri ilə özü-özünü ifşa edir:

Birincisi, rejimin ideoloqları hər vəchlə “Qüds günü”nü coğrafi, geopolitik bir gün kimi yox, islami bir gün kimi qəbul etdirməyə çalışır. Lakin hökumətin təşkil etdiyi aksiyalarda səslənən şüarlar büsbütün siyasidir. "Qüdsə gedən yol Bakıdan keçir" şüarı buna ən yaxşı nümunədir.

İkincisi, "Qüds günü" təbliğata görə dünyada bütün islam torpaqlarının işğalına yox demə günüdür. Bu məntiqlə yanaşdıqda "Qüds günü" həm də Qarabağ-Zəngəzur günüdür. İran isə Qarabağın 27 il ərzində erməni işğalında qalmasına səsini çıxartmadığı kimi bu gün də Zəngəzur ilə bağlı qırmızı cizgi ritorikasından istifadə edir.

Nəticə etibarilə İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyası və bu aksiyada səslənən şüarlar Azərbaycanla gərginliyi azaltmaq siyasətinin gözdən pərdə asmaq olduğunu bir daha sübut edi

Turan Rzayev-politoloq
Xəbəri paylaş