NATO silahlanmanın qarşısını almaq üçün üzərinə düşəni etməkdə qərarlıdır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən 3 günlük "NATO-nun silahlara nəzarət, tərksilah və silahların yayılmaması" konfransında onlayn olaraq çıxışı zamanı səsləndirib.
“Biz silahlanmaya nəzarət və ümumilikdə təhlükəsizliyimiz üçün son dərəcə çətin bir dövrdən keçirik” deyən baş katib Rusiyanın sürətlə silahlanmasının da ciddi təhdid kimi gördüyünü deyib:
"Rusiya təhlükəsizliyimizə birbaşa təhdiddir. Eyni zamanda heç bir şəffaflıq olmadan nüvə arsenalını sürətlə artırır. İran və Şimali Koreya öz nüvə proqramlarını və çatdırılma sistemlərini inkişaf etdirirlər".
Bu təhdidlər arasında süni intellekt hücumlarının olduğunu da ifadə edən Stoltenberq, "NATO bu yeni texnologiyanın orduda məsuliyyətli istifadəsi üçün ortaq universal standartlar hazırlamaqda qərarlıdır" deyə bildirib.
Mehman