Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Netanyahu Rza Pəhləvi ilə görüşdü -ÖZƏL

Netanyahu Rza Pəhləvi ilə görüşdü


İsrailin baş naziri Benyamin Netanyahu Holokost anım tədbirləri çərçivəsində İsrailə gələn, İran şahının oğlu, sürgündə olan şahzadə Rza Pəhləvi ilə görüşüb.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, Netanyahu Qərbi Qüdsdəki Yad Vaşem Holokost Muzeyində anım mərasimlərinə qatılan Pəhləvi ilə görüşüb. Lakin görüşdə müzakirə edilən məsələlər barədə məlumat verilməyib.

Qeyd edık ki, Rza Pəhləvinin səfəri "İrandan İsrailə ən yüksək səviyyəli səfər" kimi qiymətləndirilib.

Mehman
Xəbəri paylaş