Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan özünü sülh göyərçini kimi göstərmək istəyir -ÖZƏL

Paşinyan özünü sülh göyərçini kimi göstərmək istəyir


Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bir daha bildirib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır. Erməni baş nazir onu da qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır.

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı deyib ki, Nikol Paşinyan səmimiyyətdən danışsa da, zərrə qədər səmimi deyil və onun səsləndirdiyi fikirlərlə atdığı addımlar, etdiyi hərəkətlər bir-birinə ziddiyyət təşkil edir:

“Artıq neçənci dəfədir ki, erməni baş nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Əslində, bu Paşinyanın blefidir. Paşinyan bu kimi fikirlər səsləndirməklə özünü beynəlxalq aləmdə sülh göyərçini göstərmək istəyir”.

Politoloq qeyd edib ki, əgər erməni baç nazir doğurdanda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, ona hörmət etsə, Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı olsaydı, o zaman müntəzəm olaraq sərhəddə təxribatlar törədilməz, Azərbaycan Ordusunun mövqeləri Ermənistan tərəfindən atəşə tutulmazdı:

“Ona görə də yaxşı olar ki, Nikol Paşinyan qeyri-səmimi fikirlər səsləndirmək əvəzinə özündə cəsarət tapıb danışıqlar masasında otursun və Azərbaycanla sülh müqaviləsi bağlasın”.

Mehman
Xəbəri paylaş