Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quru sərhədlərinin ancaq tələbələr üçün açılmasının iqtisadi faydası olmayacaq -ÖZƏL

Quru sərhədlərinin ancaq tələbələr üçün açılmasının iqtisadi faydası olmayacaq


Azərbaycanın Türkiyə ilə quru sərhədinin may ayının 10-dək yalnız qardaş ölkədə təhsil alan tələbələr və onların yaxınları üçün açılmasının ölkə iqtisadiyyarına hər hansı bir faydası olmayacaq. Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb.

Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Türkiyə ilə quru sərhədinin bütün təbəqələrdən olan vətəndaşlarımız üçün açılması məqsədəuyğun olardı:

“Hesab edirik ki, artıq ən pis halda Türkiyə və Gürcüstanla quru sərhədinin tamamilə açılmasına ciddi zərurət yaranıb. Çünki həm koronavirus pandemiyası aradan qalxıb, həm də qarşıdan turizm mövsümü gəldiyi üçün quru sərhədlərini açmaqdan başqa alternativ yoxdur. Həm Türkiyə, həm də Gürcüstanla quru sərhədlərinin açılması yay fəslində Azərbaycana çoxlu sayda turistlərin gəlməsinə imkan yarada bilər. Qardaş Türkiyədə kifayət qədər insanlar var ki, onlar Azərbaycanın işğaldan azad edilən ərazilərinə, xüsusilə də Şuşaya səfər etmək, oranı gəzmək, tarixi-mədəni abidələri ilə tanış olmaq istəyirlər. Ona görə də tezliklə ən azı Türkiyə və Gürcüstanla quru sərhədlərinin açılmasına ehtiyac var”.

Natiq
Xəbəri paylaş