Sudan Ordusu ilə Çevik Dəstək Qüvvələri arasında bir neçə gündür davam edən silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumat Sudan Səhiyyə Nazirliyinin Təcili Əməliyyatlar Mərkəzinin açıqlamasında yer alıb.
Məlumatda qeyd edilib ki, silahlı qarşıdurma nəticəsində 2600-dan çox mülki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan başqa BMT-nin Ərzaq Proqramının 3 əməkdaşı da silahlı qarşıdurma nəticəsində yaralanıb. Ordu ilə Çevik Dəstək Qüvvələri arasında döyüşlər əsasən paytaxt Xartumda gedib.
Qeyd edək ki, aprelin 18-də tərəflər 24 saatlıq atəşkəs barədə razılıq əldə ediblər.
Mehman