"Postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Moskva və Brüsellə yanaşı vasitəçi tərəf kimi çıxış edən dövlətlərdən biri də ABŞ-dır. İlk öncə onu qeyd etmək lazımdır ki, İrəvan və Paris ikilisinin destruktiv siyasi yanaşması səbəbindən artıq Brüsselin vasitəçiliyi öz aktuallığını itirib. Çünki Fransanın maraqları münaqişənin olduğu kimi davam etməsidir".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. AVP rəsmisi bildirib ki, onlar bu yolla hər zaman Azərbaycana təyiziq etmək imkanını saxlamaq istəyirlər:
"Geriyə isə Vaşinqton Moskva platforması qalıb ki, burada Kremlin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mövqeyi bəllidir. Biz xüsusi olaraq bu nüansı qeyd etmişik ki, Rusiya regionda münaqişənin davam etməsində maraqlıdır. Kremlin israrla sülh müqaviləsinə Qarabağ konfliktinin sonraya saxlanılması bəndini əlavə etmək cəhdləri bu niyyətinindən irəli gəlir".
Pərviz Mirizadə deyib ki, Rusiyadan fərqli olaraq ABŞ-ın iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində mövqeyi fərqlidir:
"Son dövrlər dövlət katibi Entoni Blinken və digər rəsmi şəxslər səviyyəsində Vaşinqtonunun iki dövlət arasındakı münaqişənin həlli ilə bağlı fəallıq göstərməsi nəzərə çarpır və bu fəallıqla yanaşı bir sıra suallarda yaranmış olur. İlk olaraq rəsmi Vaşinqtonun maraqları nələrdir? Münaqişənin həllində hansı tərəfin maraqlarına yaxın mövqe sərgiliyəcək?".
Anar