“Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”nda Qarabağın Ermənistan tərəfindən 30 illik işğalı dövründə Azərbaycanın maddi və mədəni irsinə qarşı törədilmiş cinayətlərin ört-basdır edilməsi həm ikili standartlar, həm də tarixi-mədəni abidələrə qarşı vandallıq etmiş ermənilərə bəraət qazandırmaq kimi bir şeydir. Təşkilat olaraq bu faktı qəti şəkildə pisləyirik.
Bu fikirlər "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin açıqlamasında yer alıb. İctimai Birlik bəyan edib ki, ermənilərin 30 illik işğal dövründə Qarabağdakı tarixi-mədəni abidələrə qarşı vəhşiliklər etməsi, onları yer üzündən silmək cəhdləri, yaxud tarixi saxtalaşdıraraq erməniləşdirməyə çalışmaları hər kəsə bəllidir və bunu görməməzlikdən gəlmək tarixi cinayətdir:
"Qeyd etmək yerinə düşər ki, məlum hesabatın hazırlanmasında iştirak edın mütəxəssislərdən 2-i milliyyətcə ermənidir, digərləri isə ermənipərəst mövqeyi ilə seçilir. Ona görə də əslində onların hazırladığı hesabatdan obyektivlik gözləmək də sadəlövhlük olardı. Bir sözlə tam əminliklə demək olar ki, “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı” erməni maraaqlarına xidmət edir".
Natiq