Türkiyədə seçkiöncəsi gərginlik artır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) daha bir seçki qərargahına basqın edilib.
İstanbulun Ataşehir məhəlləsindəki seçki qərargahına gecə saatlarında bir qrup şəxsin hücum etdiyi bildirilir. Şübhəlilər tapançadan bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. İstanbul Valiliyi şübhəlilərin tutulması üçün işlərin davam etdiyini açıqlayıb.
Kamera görüntülərindən aydın olub ki, 6 nəfər qərargah önündəki partiya plakatları kəsib, pəncərələrə yazılar yazıb və motosikletdə olan iki şübhəli isə havaya atəş açıb.
Mehman