Müharibədən sonrakı illərin hər aprelində Nikolun açıqlamaları həqiqətən də ermənizmin dayaqlarını darmadağın edir. 2022-ci il aprelin 13-də Ermənistanın baş naziri Milli Assambleyanın yüksək tribunasından bəyan etmişdi: "Beynəlxalq ictimaiyyət Qarabağ "plankasını" aşağı salınmasını tələb edir".
18 aprel 2023-cü ildə isə Nikol artıq Qarabağın öz müqəddəratını təyinetmə beynəlxalq hüququnu qəbul etmədiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və seperatçıların onun rəhbərlik etdiyi danışıqlar prosesi barədə məlumatlı olduğunu bildirir.
Bunları nəzərə alan seperarçıların 17 səslə seçilən "deputatı" Metakse Akopyan öz Facebook səhifəsində yazıb:
"Ermənistan hakimiyyətinin azərbaycanpərəst və anti-erməni olması dəfələrlə sübuta yetirilib, lakin qeyd etmək lazımdır ki, Qarabağdakı "hakimiyyət" bu cinayətkar qrupun üzvləridir və itaət etmək istəyi ilə burada yaşayan insanlar üçün ən böyük bəlaya çevrilib. Pislik isə müalicə olunmur, onu təmizləmək lazımdır".
Metakse Akopyan, sən yaxşı adam olmasan da, bu məsələdə tamamilə haqlısan. Xətrinə dəyən olsa, Kim Çün In müəllimə de, sənə dəstək ya da müdafiə üçün bir-iki dənə "Xvason 15" raketi versin...
Ermənistanda və Qarabağda bir birini didməyən iki siaysətçi tapmaq çətin məsələyə çevrilib, bunlara Kim Çen In lazımıdır ki, 5-10 nəfəri topun lüləsinə bağlayıb sonra atəş açsın. Bəlkə onda reallığı qəbul edib ağıllanalar.
Ədalət Verdiyev-hərbi ekspert