Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənstan rəhbərliyi və separatçılar Azərbaycan prezidentinin xəbərdarlığından nə qədər tez nəticə çıxarsalar, onlar üçün bir o qədər yaxşı olar -ÖZƏL

Ermənstan rəhbərliyi və separatçılar Azərbaycan prezidentinin xəbərdarlığından nə qədər tez nəticə çıxarsalar, onlar üçün bir o qədər yaxşı olar


"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin aprelin 18-də Salyan və Neftçala rayonlarına səfərinin yekununda Dövlət Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən hər kəs nəticə çıxarmalı, dövlət başçısının xəbərdarlıqlarını nəzərə almalıdır". Bu fikirləri Newscenter.az-a səsləndirən "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı bildirib ki, dövlət başçısının müsahibə zamanı söylədiyi fikirləri həm daxili auditoriya, həm də xarici dairələrə şamil etmək olar:

"Hansı müəyyən xarici dairələr var ki, hələ də Ermənistanı yeni bir müharibəyə sürükləyir, bu ölkəyə hərbi dəstək verməklə regionda yenidən gərginlik yaratmağa, müharibəni alovlandırmağa çalışırlar. Həmin qüvvələrin kimlər, hansı ölkələr olduğu bütün Azərbaycan cəmiyyətinə bəllidir. Ermənistanı danışıqlar prosesindən yayındırmağa çalışan, onu hərbi texnika ilə təchiz edən ölkələr bilməlidir ki, onların bu mənfur siyasətinin heç bir nəticəsi olmayacaq. Azərbaycan Prezidentinin dediyi kimi, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Dövlət başçısının təbirincə desək, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın".

Arzuman Muradlı qeyd edib ki, Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı separatçılar Azərbaycan Prezidentinin onlara yönəlik mesajları və xəbərdarlıqlarından nə qədər tez nəticə çıxarsalar, onlar üçün bir o qədər yaxşı olar:

"Əks halda prosesləri bilərəkdən uzatmaqla udmağa çalışdıqları zaman elə onların ziyanına işləyəcək".

Mehman
Xəbəri paylaş