“İran adlanan ölkənin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi heç bir halda səmimi ola bilməz. Bu ölkə heç vaxt Azərbaycana qarşı səmimi olmayıb və bundan sonra da olmayacaq”.
Bu fikirləri Newscenter.az-a Bütöv Azərbaycan Ocaqlarının (BAO) sədr müavini Faiq Qəzənfəroğlu son vaxtlar İran XİN rəhbərinin bir neçə dəfə azərbaycanlı həmkarına zəng etməsinə münasibət bildirərkən səsləndirib. BAO rəsmisi hesab edir ki, indiki halda İranın özünü səmimi göstərməkdə məqsədi başqadır. Faiq Qəzənfəroğlunun qənaətincə, İran adlanan ölkə öz gələcəyini düşündüyü üçün belə gedişlər edir:
“İran Güneydəki soydaşlarımızın, eləcə də bu ölkədə yaşayan digər türk xalqlarının İrandan ayrılaraq özlərinin müstəqil dövlətlərini yaratmasını istəmir. Buna görə də indiki mərhələdə müəyyən mənada Azərbaycanla münasibətləri normallaşdırmağı vacib hesab edirlər. Çünki Azərbaycanın varlığı Güney Azərbaycan üçün ciddi bir stimuldur. Bu baxımdan İran rəsmiləri bu cür gedişlər etməklə rejimin dağılması prosesini bir qədər uzatmaq, vaxt qazanmaq istəyirlər. Əsas məqsəd budur”.
BAO rəsmisi deyib ki, İran tarixən Azərbaycanla səmimi münasibətdə olmayıb, daha çox Ermənistanla yaxınlıq edib, bu ölkənin himayəsində dayanıb.
Anar