Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqtonun Cənubi Qafqazdakı diplomatik fəallğının arxasında nə dayanır? -ÖZƏL

Vaşinqtonun Cənubi Qafqazdakı diplomatik fəallğının arxasında nə dayanır?


"Rəsmi Vaşinqtonun uzun illər ATƏT-in Minsk qrupunun üzvü kimi fəaliyyəti hər kəsə bəllidir. Amerika bu illər ərzində keçmiş Qarabağ münaqişəsinin həlli üçün tutarlı siyasət həyata keçirməyib və bir çox hallarda erməni lobbisinin təsiri nəticəsində ölkəmizə qarşı qərəzli münasibət bəsləmişdir".

Bu fikirləri Newscenter.az-a Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması istiqamətində Vaşinqtondan artan diplomatik fəallığa münasibət bildirərkən səsləndirib. Partiya rəsmisi deyib ki, bu gün də ABŞ - da Bob Menendez, Cek Rid, Nancy Pelosi kimi ermənipərəst mövqeyi ilə seçilən kifayət qədər siyasi xadim mövcuddur və onlar hər daim İrəvanın maraqlarını müdafiə edirlər:

"İndiki halda ABŞ-ın Azərbaycan Ermənistan münasibətlərinin normallaşması istiqamətində fəallıq göstərməsinin pərdə arxasında Rusiya faktoru dayanır. Vaşinqton hər hansı bir formada münaqişənin həll olunmasında maraqlıdır ki, regiondakı gərginlikdən faydalanan Rusiyanın mövqeyi zəifləsin".

Mehman
Xəbəri paylaş