Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır

Bakı qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır


"Bu gün Azərbaycan Respublikası dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verməyə çalışır. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, coğrafi baxımdan Avropa və Asiya arasında yerləşir".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Əfqan Rzayev deyib ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamış, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb:

"Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib".

Mehman
Xəbəri paylaş