Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın əldə etdiyi uğurlar dünyaya səs salıb

Azərbaycanın əldə etdiyi uğurlar dünyaya səs salıb


Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan televiziyasına verdiyi müsahibəsində regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf Dövlət proqramlarından, Salyanda açılan və bununla da ölkəmizdə sayca 25-ci olan “ASAN xidmət” mərkəzinin üstünlüklərindən danışdı. Təsadüfi deyil ki, bu gün “ASAN xidmət” sistemi dünyada artıq Azərbaycan brendi kimi tanınır.

Cənab Prezident eyni zamanda müsahibəsində Qarabağın və Şərqi Zəngəzurun bərpasından söz etdi. Prezident bu müsahibəsində də əhalimizə və dünyaya mesajlar verdi. Ölkə başçısının da sadaladığı əldə olan nailiyyətlərimiz göz önündədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı ilə bağlı artıq 4-cü proqramın icrasına başlanılıb.
Prezidentin də dediyi kimi, regionlarda bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Sadalandıqca bitməyən uğurlar əldə etmişik və bu uğurların davamı gəlir. İstər hərbi meydanda, istər idman meydanında, istər sosial siyasətdə, istərsə də diplomatik əlaqələr və informasiya siyasətində Azərbaycanın əldə etdiyi uğurlar dünyaya səs salıb desək, yanılmarıq.

Bizim üçün əsas prioritet əlbətdə ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsidir. Erməni vandallarının 30 il ərzində taladığı, viran qoyduğu torpaqlarımızı yenidən qurmalıyıq. Müharibədən dərhal sonra Azərbaycanın öz torpaqlarında quruculuq işlərinə başlaması düşmənə göz dağı, düşmənin havadarlarına isə tərs sillə oldu. Bir yumruq kimi birləşən Azərbaycan öz sözünü deyib, deyir və bundan sonra da deyəcək.

Cənab Prezidentin çıxışlarını dinlədikcə, gözlərimiz önündə gələcək Qarabağın və Şərqi Zəngəzurun siması canlanır - abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur.

İndi bir məsələ qalır ki, o da Qarabağda yaşayan ermənilərlə bağlıdır. Ölkə başçısı yerli və xarici mətbuatlara müsahibələrində də, yüksək tribunalarda da dəfələrlə vurğulayıb ki, - “Daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik, Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”. Bu bəyanat Ermənistana da, onun havadarlarına da son sözdür və heç şübhəsiz ki, dəyişməyəcək.

Ermənilərin bizim bayrağımızı yandırmalarına gəlincə, erməni həmin vaxt yalnız öz simasını yandırdı. Bizim Azərbaycanımızın dövlət bayrağı hazırda çox-çox yüksəklərdə dalğalanır. Bütün bunların fonunda bu gün əminliklə deyə bilərəm ki, ölkəmiz sürətlə güclənir.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin SŞ və İH-nin üzvü
Xəbəri paylaş